Konqonun Səhiyyə Nazirliyi: Ebola virusuna yoluxma hallarının sayı 280-i keçib
Konqo Demokratik Respublikasında ebola virusuna 282 yoluxma halı təsdiqlənib.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə rəqəmləri Konqonun Səhiyyə Nazirliyi təqdim edib.
Məlumata əsasən, epidemiya əvvəlki kimi, əsasən, İturi əyalətini əhatə edir ki, burada ölkə üzrə təsdiqlənmiş 282 haldan 264-ü qeydə alınıb. Şimali Kivu əyalətində 15 yoluxma halı aşkarlanıb, daha üç hal isə Cənubi Kivu əyalətində müəyyən edilib.
Ümumilikdə virusdan 42 nəfər dünyasını dəyişib, 238 pasiyentin müalicəsi davam edir, həmçinin iki tam sağalma halı qeydə alınıb.
Konqo rəhbərliyi mayın 15-də rəsmi olaraq ebola qızdırması epidemiyasının başladığını elan edib. Xəstəliyə səbəb ilk dəfə 2007-ci ildə Uqanda ərazisində müəyyən edilmiş "Bundibugyo" ştamıdır.
Oxşar xəbərlər
Uqandada Ebola virusuna yoluxanların sayı beşə çatıb
Konqodakı amerikalılar Ebola xəstələri ilə təmasda şübhəli bilinirlər
Braziliyada Ebola virusuna şübhəli yoluxma halı araşdırılır
Konqoda Ebola epidemiyasının yeni dalğası qeydə alınıb
Konqo və Uqandada ebola virusunun nadir ştamından 43 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu ailələrə aylıq sosial ödəniş edilir -Rəsmi AÇIQLAMA
-
İsrail Livandakı Bofor qalasını "təhlükəsizlik zonası"nın bir hissəsi kimi saxlayacaq
-
Putin ölümsüzlüyə hazırlaşır: 26 milyardlıq layihə...
-
Bakıda ilk ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək
-
ABŞ səmasında dəhşətli partlayış: 300 ton trotil...
-
Hər il buna görə 7 milyon insan ölür - ÜST
