Əl Şaraa Trampla Suriyanın yenidən qurulmasını və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Suriya Prezidenti Əhməd Əl Şaraa ABŞ lideri Donald Trampla telefon danışığı aparıb.
"Sizinxeber.az"un SANA-ya istinadən xəbərinə görə, Şaraa ölkənin bərpası mərhələsində Suriyaya beynəlxalq dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb və qalan sanksiyaların ləğvinin iqtisadiyyatın canlanması, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün əsas şərt olduğunu bəyan edib.
Onun sözlərinə görə, məhdudiyyətlərin aradan qaldırılması həmçinin investisiyaların cəlb edilməsinə, infrastruktur və iqtisadi layihələrin başladılmasına kömək edəcək.
Tramp isə, öz növbəsində, ölkənin sabitləşdirilməsi və bərpası üzrə səylərin dəstəklənməsinin vacibliyini vurğulayıb.
Tərəflər həmçinin Yaxın Şərqdə təhlükəsizlik sahəsindəki vəziyyəti müzakirə edib və əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Əhməd əl-Şaraa: Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi zəruridir
Türkiyə XİN başçısı Suriya Prezidenti Əhməd əl-Şaraa ilə görüşüb - YENİLƏNİB
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib - YENİLƏNİB
ABŞ rəsmiləri Dəməşqdə Suriyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirə edib
Ərdoğan Əhməd Əş-Şaraa ilə Suriyadakı vəzyyəti müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu ailələrə aylıq sosial ödəniş edilir -Rəsmi AÇIQLAMA
-
Florida Məhkəməsi Trampın ABŞ-nin Vergi Xidmətinə qarşı işi bərpa edib
-
Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır
-
Yuxarı Qarabağ kanalından 40 yaşlı qadının meyiti tapıldı
-
Konqoda Ebola ilə bağlı vəziyyət narahatedici hesab olunur
-
Bu ölkə də Rusiya diplomatını ölkədən qovur?
