Rumıniya Prezidenti Qalatsda binaya düşən dronun qalıqlarını nümayiş etdirib
Rumıniya Prezidenti Nikuşor Dan sosial şəbəkələrdə mayın 29-na keçən gecə Rumıniyanın Qalats şəhərində yaşayış binasına düşən pilotsuz uçuş aparatının qalıqlarının fotosunu dərc edib.
"Sizinxeber.az"un məlumatına görə, tapılmış fraqmentlərdə kiril əlifbası ilə "Geran-2" yazısı aşkar edilib.
Rumıniya liderinin sözlərinə görə, təhlil edilmiş elektron komponentlər, naviqasiya sistemləri, idarəetmə modulları, mühərrik və konstruktiv elementlər əvvəllər Rumıniya ərazisində tapılan və Rusiyada istehsal olunmuş digər "Geran-2"lərlə oxşarlıq nümayiş etdirir.
Danın sözlərinə görə, nəticə ardıcıl texniki dəlillər toplusuna əsaslanır.
"Belə bir qurğunun Rumıniyada yaşayış binasına düşərək xəsarətlərə və maddi ziyana səbəb olması xüsusi ciddilik daşıyır və yeganə məsul tərəf Rusiyadır", - Rumıniya Prezidenti bəyan edib.
Qeyd edək ki, mayın 28-dən 29-na keçən gecə Rusiya pilotsuz uçuş aparatı Rumıniyanın hava məkanını pozaraq yaşayış binasına çırpılıb, yanğına və iki nəfərin yüngül xəsarət almasına səbəb olub. Cavab olaraq Dan Rusiyanın Konstantsadakı baş konsulu Andrey Kosilini arzuolunmaz şəxs elan edib.
Oxşar xəbərlər
Rumıniyada PUA qalıqları evi və elektrik xəttini zədələyib
Rumıniya Rusiya dronlarından qorunmaq üçün NATO-dan HHM sistemi istəyib
Oana-Silviya Tsoyu: Rumıniya Prezidenti Rusiya PUA-sı ilə bağlı insident səbəbindən iclas çağırıb - YENİLƏNİB
Rusiya PUA-ları Rumıniyanın hava məkanına daxil olub
Rumıniya Prezidenti: Qalaça düşən PUA Ukrayna HHM-i səbəbindən istiqamətini dəyişmiş ola bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu ailələrə aylıq sosial ödəniş edilir -Rəsmi AÇIQLAMA
-
Florida Məhkəməsi Trampın ABŞ-nin Vergi Xidmətinə qarşı işi bərpa edib
-
Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır
-
Yuxarı Qarabağ kanalından 40 yaşlı qadının meyiti tapıldı
-
Konqoda Ebola ilə bağlı vəziyyət narahatedici hesab olunur
-
Bu ölkə də Rusiya diplomatını ölkədən qovur?
