Somali sahillərində piratlar yanacaq tankeri ələ keçiriblər
Somali sahillərində piratların neft məhsulları daşıyan tankeri ələ keçirdiyi ehtimal olunur.
"Sizinxeber.az"un Somalinin aparıcı xəbər telekanalı "Dalsan"a istinadən məlumatına görə, bunu Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) və yerli hakimiyyət orqanları təsdiqləyib.
Hadisə çərşənbə günü Bari regionunun (Puntlend) sahilyanı Hafun və Bandarbeyla şəhərləri arasındakı sularda, gəmi Berberadan Moqadişuya doğru hərəkət edərkən baş verib. UKMTO-nun məlumatına görə, gəmi hərəkətdə olarkən naməlum şəxslər göyərtəyə qalxaraq idarəetməni ələ keçiriblər.
Bildirilib ki, tanker pakistanlı iş adamlarına məxsusdur və yanacaq daşıyırmış. Ekipaj üzvlərinin sayı və vətəndaşlığı barədə məlumat hələlik açıqlanmayıb. Dənizçilərin vəziyyəti ilə bağlı hazırda rəsmi məlumat yoxdur və heç bir qruplaşma gəminin qaçırılmasına görə məsuliyyəti üzərinə götürməyib.
Hakimiyyət orqanları araşdırmaları davam etdirir və hadisənin təfərrüatlarının müəyyənləşdirilməsi, həmçinin gəminin və ekipajın azad edilməsi üçün tədbirlər görür.
Oxşar xəbərlər
UKMTO: Yəmənin Sokotra adası yaxınlığında insident baş verib
Oman sahillərində növbəti gəmi insidenti baş verib
Yəmən sahillərində hücuma məruz qalan ticarət gəmisinin ekipajı təxliyə edilib
UKMTO: Hörmüzdə dəniz təhlükəsizliyinə təhdid səviyyəsi kritik olaraq qalır
SEPAH Hörmüzü keçmək istəyən tankeri vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu ailələrə aylıq sosial ödəniş edilir -Rəsmi AÇIQLAMA
-
Florida Məhkəməsi Trampın ABŞ-nin Vergi Xidmətinə qarşı işi bərpa edib
-
Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır
-
Yuxarı Qarabağ kanalından 40 yaşlı qadının meyiti tapıldı
-
Konqoda Ebola ilə bağlı vəziyyət narahatedici hesab olunur
-
Bu ölkə də Rusiya diplomatını ölkədən qovur?
