"JPost": İsrail ABŞ-dən Beyruta hücumları genişləndirmək üçün icazə istəyib
İsrail rəhbərliyinin nümayəndələri İsrail Müdafiə Qüvvələrinin (İMQ) Livanın paytaxtı Beyrutda əməliyyatlarını genişləndirməsinə razılıq verilməsi üçün Vaşinqtona müraciət ediblər.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə "The Jerusalem Post" ("JPost") qəzeti mənbələrə istinadən xəbər verir.
"İsrailin yüksək rütbəli nümayəndələri ABŞ rəhbərliyinə İMQ-nin Beyruta zərbələrini genişləndirməsinə razılıq verilməsi xahişi ilə sorğu göndəriblər", - nəşr bildirib.
Nəşrin həmsöhbətləri iddia ediblər ki, İsrail tərəfi həm Vaşinqtonla Tehran arasındakı danışıqlar prosesində, həm də İsrail ilə Livan arasındakı dialoqda irəliləyişin olmaması fonunda Amerikanın reaksiyasının müsbət olacağını gözləyir.
Bazar günü İsrail hökumətinin başçısı Benyamin Netanyahu İMQ-nin Livan ərazisindəki fəaliyyətini gücləndirmək niyyətində olduğunu bəyan edib. O vurğulayıb ki, hərbi əməliyyat daha çox vaxt tələb edəcək, lakin İsrail öz şimal sərhədlərinin təhlükəsizliyini təmin etmək əzmindədir.
Oxşar xəbərlər
İsrail Beyruta yenidən zərbə endirib
Dövlət Departamenti ABŞ-nin İsrailin Beyruta hava zərbələrini dəstəkləmədiyini təsdiqləyib
“The Jerusalem Post”: İsrail 11 girovun azad olunmasını tələb edir
Netanyahu: İsrail qoşunları atəşkəsdən sonra Livanın cənubunda qalacaq
İsrail və Livan arasındakı atəşkəs üç həftə uzadılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu ailələrə aylıq sosial ödəniş edilir -Rəsmi AÇIQLAMA
-
Bakıda ilk ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək
-
İsrail Livandakı Bofor qalasını "təhlükəsizlik zonası"nın bir hissəsi kimi saxlayacaq
-
Putin ölümsüzlüyə hazırlaşır: 26 milyardlıq layihə...
-
ABŞ səmasında dəhşətli partlayış: 300 ton trotil...
-
Hər il buna görə 7 milyon insan ölür - ÜST
