Finlandiya beşinci dəfə hokkey üzrə dünya çempionu olub
sizinxeber.az xəbər saytı

Finlandiya beşinci dəfə hokkey üzrə dünya çempionu olub


Finlandiya millisi beşinci dəfə hokkey üzrə dünya çempionu olub.

"Report"un məlumatına görə, Sürixdəki "Swiss Life-Arena"da keçirilən final matçında finlər isveçrəliləri 1:0 hesabı ilə məğlub ediblər.

Yeganə şaybanı əlavə vaxtda Konsta Helenius atıb.

Norveçlilər bir gün əvvəl Kanadalıları əlavə vaxtda 3-2 hesabı ilə məğlub edərək bürünc medal qazanmışdılar.

Finlandiya bundan əvvəl dünya çempionatının dörd dəfə - 1995, 2011, 2019 və 2022-ci illərdə - qalibi olub, ondan sonra isə dörddəbir finaldan uzağa gedə bilməyib. Turnirin qrup mərhələsində finlər isveçrəlilərə 2:4 hesabı ilə uduzublar.

Oxşar xəbərlər

ABŞ-nin qadınlardan ibarət hokkey millisi 11-ci dəfə dünya çempionu olub
ABŞ yığması hokkey üzrə dünya çempionatının qalibi olub
Qadın futbolu üzrə İngiltərə millisi Avropa çempionu olub
Klublararası dünya çempionatının qalibi bəlli olub
ABŞ hokkey yığması 65 ildən sonra dünya çempionu olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər