Kolumbiyada keçirilən prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib
İfrat sağçı siyasətçi və iş adamı Abelardo de la Espriella və Kolumbiyada hakimiyyətdə olan solçu "Tarixi pakt" Partiyasının namizədi İvan Sepeda dövlət başçısı seçkilərinin ikinci turuna yüksəliblər.
"Report"un məlumatına görə, bunu Milli Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Ofisinin saytında dərc olunmuş səslərin 99,62 %-nin hesablanmasından sonrakı nəticələr sübut edir.
Bu məlumatlara əsasən, Espriellaya 43,73 %, Sepedaya isə 40,91 % seçici səs verib. Birinci turda qalib gəlmək üçün lider namizəd seçicilərin mütləq əksəriyyətinin səsini - 50% üstəgəl bir səs toplamalı idi. İkinci tur iyunun 21-də keçiriləcək.
Senator Sepeda ikinci müddətə namizədliyini irəli sürə bilməyən Kolumbiyanın hazırkı prezidenti Qustavo Petronun sosial-iqtisadi kursunun davam etdirilməsinin tərəfdarı kimi çıxış edir. O, əmək sisteminin islahatlaşdırılması və sosial təminatların genişləndirilməsi proqramını davam etdirəcəyinə söz verir. İqtisadiyyat sahəsindəki təkliflər arasında böyük aktivlərə vergilərin tətbiqi və iri şirkətlər üçün güzəştlərin azaldılması yer alır.
De la Espriella isə özünə sistemdən kənar siyasətçi obrazı yaradıb. O öz kampaniyasını cinayətkarlıqla güzəştsiz mübarizə və dövlətin iqtisadiyyata müdaxiləsinin azaldılması ideyaları üzərində qurur. İqtisadi artımı stimullaşdırmaq üçün dövlət xərclərini əhəmiyyətli dərəcədə azaltmaq, ixracı artırmaq və qalıq yanacaq hasilatını genişləndirmək niyyətindədir.
Oxşar xəbərlər
Kolumbiyada prezident seçkiləri keçirilir
Kolumbiyanın sağçı prezidentliyə namizədi sorğuda liderlik edir
MKİ Kolumbiyada prezidentliyə namizədə sui-qəsd planı barədə məlumat alıb
İfrat sağçı siyasətçi Rumıniyada prezident seçkilərinin birinci turunda qalib gəlib
Rumıniyada prezident seçkilərinin ikinci turunda Çolaku və Laskoni qarşılaşacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu ailələrə aylıq sosial ödəniş edilir -Rəsmi AÇIQLAMA
-
İsrail Livandakı Bofor qalasını "təhlükəsizlik zonası"nın bir hissəsi kimi saxlayacaq
-
Konqoda Ebola ilə bağlı vəziyyət narahatedici hesab olunur
-
Putin ölümsüzlüyə hazırlaşır: 26 milyardlıq layihə...
-
Bakıda ilk ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək
-
ABŞ səmasında dəhşətli partlayış: 300 ton trotil...
