Konqo və Uqandada ebola virusunun nadir ştamından 43 nəfər ölüb
Konqo Demokratik Respublikasında və Uqandada ebola qızdırmasının 263 təsdiqlənmiş yoluxma halı qeydə alınıb, virusun nadir "Bundibugyo" ştamından 43 nəfər həyatını itirib.
"Sizinxeber.az"un "Financial Times" nəşrinə istinadən məlumatına görə, bunu Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin baş direktoru Jan Kaseya açıqlayıb.
O qeyd edib ki, hazırda ebola virusuna yoluxma şübhəsi ilə bağlı 1100-dən çox hal araşdırılır.
Kaseyanın sözlərinə görə, virusun bu ştamına qarşı hazırda nə lisenziyalaşdırılmış peyvənd, nə də spesifik müalicə mövcuddur. O vurğulayıb ki, fövqəladə hallara cavab üzrə milli sistemlər operativ şəkildə işə salınmalı, pandemiyalara hazırlığın təmin olunmasına yönələn investisiyalar isə daimi xarakter daşımalıdır.
"Beynəlxalq tərəfdaşlar mühüm rol oynayırlar, lakin onların dəstəyi Afrika institutları və Afrika ölkələrinin hökumətləri tərəfindən hazırlanmış strategiyalarla uzlaşdıqda daha böyük əhəmiyyət kəsb edir", – o bildirib.
Məlumata görə, bu, Konqo Demokratik Respublikasında qeydə alınan 17-ci ebola epidemiyasıdır və virusun təxminən yarım əsr əvvəl aşkar edilməsindən bəri miqyasına görə üçüncü ən böyük epidemiyadır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqovə Uqandadakı ebola yayılmasını beynəlxalq əhəmiyyətli ictimai səhiyyə üzrə fövqəladə vəziyyət elan edib.
Bu yaxınlarda Konqo, Uqanda və Cənubi Sudanın səhiyyə nazirləri regional koordinasiya çərçivəsində 319 milyon ABŞ dolları dəyərində cavab tədbirləri planını qəbul ediblər.
Kaseyanın fikrincə, bu təşəbbüs artıq bütün qitəni əhatə etməlidir.
Oxşar xəbərlər
ÜST Ebola epidemiyasına görə Konqo və Uqandada fövqəladə vəziyyət elan edib
Uqandada Ebola virusuna yoluxanların sayı beşə çatıb
Afrikada Ebolaya qarşı mübarizə üçün təxminən 319 milyon dollar lazımdır
Konqodakı amerikalılar Ebola xəstələri ilə təmasda şübhəli bilinirlər
Braziliyada Ebola virusuna şübhəli yoluxma halı araşdırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
Bu ailələrə aylıq sosial ödəniş edilir -Rəsmi AÇIQLAMA
-
Braziliyada Ebola virusuna şübhəli yoluxma halı araşdırılır
-
Florida Məhkəməsi Trampın ABŞ-nin Vergi Xidmətinə qarşı işi bərpa edib
-
Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır
-
Naxçıvanda çayda köməksiz qalan şəxs xilas edilib
