Ukrayna və Kanada birgə dron istehsalı barədə razılığa gəlib
sizinxeber.az xəbər saytı

Ukrayna və Kanada birgə dron istehsalı barədə razılığa gəlib


Kiyev və Ottava Kanada ərazisində Ukrayna ordusu üçün pilotsuz uçuş aparatlarının istehsalının birgə başladılması barədə razılığa gəlib.

"Sizinxeber.az"un "RBK-Ukraina"ya istinadən xəbərinə görə, müvafiq sənədi iki ölkənin Müdafiə nazirliklərinin nümayəndələri imzalayıblar.

Razılaşma çərçivəsində Kanadada yeni müəssisə yaradılacaq, istehsal olunan dronlar isə Ukrayna Silahlı Qüvvələrinə göndəriləcək.

"Ukraynanın "Airlogix" müdafiə texnologiyaları şirkəti ilə Kanadanın pilotsuz sistemlər istehsalçısı "Sentinel Research and Development" arasında "Airlogix-Sentinel" adlı yeni birgə müəssisə yaradılır", - məlumatda deyilir.

Layihə Ukrayna və Kanada hökumətlərinin dəstəyi ilə həyata keçiriləcək ki, bu da Ukrayna hərbçilərinə kəşfiyyat və əməliyyat planlaması vasitələrinin tədarükünü sürətləndirməyə imkan verəcək.

Oxşar xəbərlər

Ukrayna və Kanada PUA-ların birgə istehsalına başlayır
Ukrayna və Britaniya PUA-ların birgə istehsalı barədə razılaşıblar
Ukrayna və ABŞ hərbi ehtiyaclar üçün kimyəvi maddələrin istehsalı üzrə birgə müəssisə yaradacaqlar
Kiyev və Paris birgə müdafiə layihələrinin həyata keçirilməsinə dair növbəti addımlar barədə razılığa gəlib
Rumıniya Ukrayna ilə birgə dron istehsalına başlamağı planlaşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər