"PAŞA Həyat"ın əməkdaşları Lənkəranda uşaq evini ziyarət ediblər
sizinxeber.az xəbər saytı

"PAŞA Həyat"ın əməkdaşları Lənkəranda uşaq evini ziyarət ediblər


23 may tarixində "PAŞA Həyat" sığorta şirkətinin əməkdaşları korporativ sosial məsuliyyət təşəbbüsü çərçivəsində Lənkəran Osman Mirzəyev adına 5 saylı uşaq evini ziyarət ediblər.

APA xəbər verir ki, təşəbbüsün əsas məqsədi uşaqların arzularını gerçəkləşdirmək, onların sevincinə səbəb olmaq və birlikdə unudulmaz vaxt keçirtmək olub.

Bildirək ki, ziyarət öncəsi uşaq evində yaşayan 42 uşaq öz istəklərini məktublar vasitəsilə "PAŞA Həyat"ın əməkdaşları ilə paylaşıb.

Əməkdaşları həmin məktubları diqqətlə oxuyaraq uşaqların arzuladığı hədiyyələri təqdim edbilər.

Tədbirdə "PAŞA Həyat" komandasından 20 əməkdaş iştirak edərək gün ərzində animatorların iştirakı ilə müxtəlif əyləncəli proqramda uşaqlarla birlikde oyunlar oynayıblar.

Bu görüş bir daha göstərir ki, kiçik bir diqqət və qayğı belə uşaqların yaddaşında böyük sevincə çevrilə bilir.

"PAŞA Həyat" inanır ki, cəmiyyətə dəyər qatmağın ən gözəl yolu paylaşmaq, qayğı göstərməkdir.

Oxşar xəbərlər

PAŞA Sığorta 128 uşağın arzularını gerçəkləşdirib
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər
PAŞA Sığorta “Məktəbli” sağlamlıq sığortasını əsas alaraq məktəblilər üçün rəsm sərgisi keçirib
PAŞA Sığorta İsmayıllıda uşaqları kukla teatrı ilə sevindirib
PAŞA Sığorta aztəminatlı ailələrin övladları üçün “Təhsilə Doğru” layihəsinə start verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər