Virciniya ştatında baş verən avtobus qəzasında beş nəfər ölüb
ABŞ-nin Virciniya ştatında, I-95 dövlətlərarası magistral yolunda sərnişin avtobusu və bir neçə avtomobilin iştirakı ilə baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı beş nəfər həlak olub, 44 nəfər isə yaralanıb.
"Report" bu barədə "ABC News" telekanalına istinadən xəbər verir.
Məlumata əsasən, qəza Vaşinqtondan təxminən 70 km cənubda, Stafford dairəsində baş verib. Polisin bildirdiyinə görə, avtobus sürücüsü yolda aparılan təmir işləri səbəbindən sürətin azaldılması barədə yol nişanlarına məhəl qoymayıb, nəticədə yolsuzluq avtomobilinə çırpılıb, daha sonra isə digər bir neçə maşınla toqquşub.
Zərbənin gücündən avtomobillərdən biri alışıb. Həlak olanlar arasında Massaçuset ştatından olan dörd nəfərlik ailə var: 45 yaşlı kişi, 44 yaşlı qadın, 13 yaşlı qız və 7 yaşlı oğlan. Digər qurban isə yolsuzluq avtomobilində olan 25 yaşlı qadındır.
Xəsarət alanlar xəstəxanalara çatdırılıb, onlardan üçünün vəziyyəti kritikdir. Nyu-Yorkdan Şarlott (Şimali Karolina ştatı) şəhərinə hərəkət edən avtobusda təxminən 34 sərnişin olub. Avtobusun sürücüsü də xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır, ABŞ-nin Milli Nəqliyyat Təhlükəsizliyi Şurası artıq təhqiqata qoşulub.
Oxşar xəbərlər
Almaniyanın şimal-şərqində baş vermiş yol qəzasında 2 nəfər həlak olub, 10 nəfərdən çox yaralanıb
Meksikada iki yol qəzasında 25 nəfər ölüb
Miçiqanda baş verən ağır qəzada 6 nəfər ölüb
ABŞ-da avtobus qəzasında 7 nəfər ölüb, 40-a yaxın insan yaralanıb
ABŞ-da ağır yol qəzasında 4 nəfər ölüb, 17 nəfər yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arka sokaklar"ın bütün aktyorları "öldü"
-
Pensiyaya çıxmaq istəyən qadınlara mühüm XƏBƏR: Nələr dəyişir?
-
Rəqəmsal inkişaf və uşaqların sosial şəbəkələrdə qorunması arasında balans: Azərbaycan üçün yeni çağırışlar - TƏHLİL
-
Azərbaycan millisinin üzvü Mirmehdi Rzayev: "İtaliya ilə matçda mütləq qələbə qazanmalıyıq"
-
“Bitcoin”in qiyməti 74 min dollara yaxınlaşıb
-
Yersayın Naqaspayev: Qazaxıstan MDB ölkələri ilə sənaye əməkdaşlığının genişləndirilməsində maraqlıdır
