ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb
sizinxeber.az xəbər saytı

ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb


İrana qarşı hərbi əməliyyatların başlamasından və İranın dəniz blokadasından sonrakı üç ay ərzində ABŞ-ın milli borcu 406,5 milyard dollardan çox artıb.

APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bu ilin fevral ayının 28-də ABŞ və İsrail İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. Vaşinqton və Tehran aprel ayının 8-də atəşkəs elan ediblər.

Əməliyyatın başlamasına bir gün qalmış – fevralın 27-də ABŞ Maliyyə Nazirliyi dövlət borclarının ümumi məbləğinin 38 trilyon 769 milyard 805 milyon dollar təşkil etdiyini açıqlayıb.

Maliyyə Nazirliyinin mayın 30-da açıqladığı məlumatlara görə isə bu məbləğ 39 trilyon 176 milyard 301 milyon dollara çatıb.

Beləliklə, ABŞ silahlı qüvvələrinin aktiv döyüş əməliyyatlarından İranın blokadasına keçdiyi üç aydan sonra ölkənin dövlət borcu 406,5 milyard dollar artıb.

Oxşar xəbərlər

Martda Ukraynanın dövlət borcu bir neçə milyard dollar artıb
Gürcüstanın xarici dövlət borcu ilk dəfə 9 milyard dolları keçib
Çexiyanın dövlət borcu ilin əvvəlindən təxminən 10 milyard dollar artıb
Gürcüstanın xarici dövlət borcu 9 milyard dolları keçib
Ukraynanın gələn il dövlət borcu 38,6 milyard dolları keçəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər