Kiyev və Paris birgə müdafiə layihələrinin həyata keçirilməsinə dair növbəti addımlar barədə razılığa gəlib
Ukrayna və Fransa birgə müdafiə-sənaye layihələrinin həyata keçirilməsinə dair növbəti addımlar barədə razılığa gəliblər.
“Report” xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Sergey Boyev Fransanın Ukraynaya yeni təyin olunmuş müdafiə məsələləri üzrə attaşesi general-mayor Sedrik dyu Qarden ilə danışıqlar zamanı bildirib.
“Ukrayna və Fransa müdafiə sənayesində, o cümlədən pilotsuz uçuş aparatlarının istehsalı sahəsində birgə layihələrin hazırlanması üzərində işləməkdə davam edir”, - Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti onun sözlərindən sitat gətirib.
Həmçinin qeyd olunur ki, Ukraynada PUA-ların birgə istehsalı üçün maliyyənin artırılması əsas prioritetdir. Bundan əlavə, Fransa istehsalı silahların tədarükü və onlara texniki qulluq mühüm məsələ olaraq qalır.
Oxşar xəbərlər
Ukrayna və Britaniya PUA-ların birgə istehsalı barədə razılaşıblar
Zelenski: Barro ilə müdafiə sahəsində Fransa ilə birgə istehsalı müzakirə etdik
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Rumıniya Ukrayna ilə birgə dron istehsalına başlamağı planlaşdırır
Ukrayna iyulun sonuna kimi ilk uzaqmənzilli silah sistemlərini ala bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











