Kreml Ermənistan sakinlərini Aİ və Aİİ-yə üzv olmaq barədə qərar qəbul etməyə çağırıb
Ermənilər özləri hansı birliyə-Avropa İttifaqına, yoxsa Avrasiya İqtisadi İttifaqına qoşulacaqlarına qərar verməlidirlər.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Ermənistan qanunvericiliyi İrəvanı Avropa İttifaqına istiqamət götürməyə məcbur edir: “Ermənistan müvafiq qanun qəbul edib ki, bu da mahiyyət etibarilə Ermənistan hökumətini və bütün dövlət orqanlarını Avropa inteqrasiyasına istiqamətlənməyə məcbur edir”.
Kreml rəsmisi həmçinin vurğulayıb ki, qaz müqavilələrində güzəştlər həmişə kiminsə hesabınadır, Ermənistan üçün isə bu, Rusiyanın töhfəsidir: "Güzəşt həmişə kiminsə hesabınadır. Yəni, ermənilərin aldığı güzəşt həmişə kiminsə hesabına olub, o, sadəcə göydən düşmür. Bu, Rusiya Federasiyasının hesabınadır. Bu, Ermənistanın inkişafına verdiyimiz töhfədir, çünki o, erməni xalqıdır, bizim qardaş xalqımızdır. Bu, qardaş ölkədir, qardaş olub və qalacaq, amma bu, bizim hesabımızadır”.
Kremlin sözçüsü Ermənistanla qaz müqavilələrinin mümkün ləğvi ilə bağlı sualı "Qazprom"a ünvanlamağı məsləhət görüb.
Oxşar xəbərlər
Peskov: Ermənilər özləri hansı birliyə qoşulacaqlarına qərar verməlidirlər
Kreml: Aİ-yə üzvlük təşəbbüsü Ermənistanın suveren hüququdur
Kreml Ermənistanın həm Aİ, həm də Aİİ-nin tərkibində ola biləcəyinə şübhə ilə yanaşır
Lavrovun müavini: Moskva rəsmi İrəvanın Avropa İttifaqına can atmasından narahatdır
Rəsmi Moskva Ermənistanı Aİ ilə bağlı tarixdən dərs çıxarmağa çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Bakı metrosunda qatarların intervalında yubanmalar müşahidə olunur
-
Oman sahillərində tanker atəşə tutulub
-
Frank-Valter Ştaynmayer Azərbaycan Prezidentini təbrik edib
