Ukrayna Tuapse şəhərinə hücum edib, ölən və yaralananlar var
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Krasnodar diyarının Tuapse şəhərinə hücum edib, nəticədə 2 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev öz teleqram kanalında bildirib.
"Tuapseyə pilotsuz uçuş aparatı (PUA) ilə hücum səbəbindən yaralananları sayı 7 nəfərə çatıb. Daha əvvəl bildirdiyim kimi, təəssüf ki, 2 nəfər ölüb. Məlumata görə, ölənlərdən biri 14 yaşlı qız, digəri isə gənc qadındır, onun şəxsiyyəti müəyyənləşdirilir", - o yazıb.
O, həmçinin qeyd edib ki, Tuapsedə fövqəladə vəziyyət rejimi tətbiq edilib. PUA-nın qalıqları 24 fərdi və 6 çoxmənzilli evə, eləcə də iki təhsil müəssisəsinə və musiqi məktəbinə ziyan vurub.
Kondratyev həmçinin əlavə edib ki, Novorossiyskdə PUA qalıqları mülki gəmiyə dəyib, nəticədə yanğın baş verib və o, operativ şəkildə söndürülüb. Bir nəfər yaralanıb və o xəstəxanaya çatdırılıb.
Oxşar xəbərlər
Rusiya Ukraynaya PUA-larla hücum edib, ölən və yaralananlar var
Xarkova kütləvi hücum zamanı yaralananların sayı 50-ni keçib, iki nəfər ölüb – YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
