Ukrayna Ali Radası Aİ ilə 90 milyard avro kredit haqqında sazişi ratifikasiya edib
Ukrayna Ali Radası Avropa İttifaqı (Aİ) ilə 2026–2027-ci illər üçün 90 milyard avroya qədər maliyyə yardımının cəlb edilməsini nəzərdə tutan sazişi və qarşılıqlı anlaşma memorandumunu ratifikasiya edib.
"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, qərarı 298 parlament deputatı dəstəkləyib.
Saziş mayın 27-də Brüsseldə və Kiyevdə imzalanıb. Kreditor qismində Avropa Komissiyası simasında Avropa İttifaqı, Ukrayna tərəfindən isə borcalan agent qismində Milli Bank çıxış edir. Vəsaitlər Rusiya-Ukrayna müharibəsinin nəticələrinin aradan qaldırılmasına və Ukrayna iqtisadiyyatının sabitliyinin dəstəklənməsinə yönəldilib.
Hüquqi baxımdan yardım uzunmüddətli güzəştli borc kimi rəsmiləşdirilib, lakin Ukrayna dövlət büdcəsi üçün o, faktiki olaraq qrant xarakteri daşıyacaq. Kreditin xidmət edilməsi (faizlər) tam şəkildə Aİ büdcəsi hesabına ödənilir, əsas borcun qaytarılması isə yalnız Ukraynanın Rusiyadan reparasiyalar alması halında nəzərdə tutulub.
2026-cı ildə 45 milyard avroya qədər maliyyələşdirmə nəzərdə tutulub ki, bu da iki əsas istiqamət üzrə bölüşdürülür: 28,3 milyard avroya qədər - silah alışı və hərbi-sənaye kompleksinin inkişafına, 16,7 milyard avro isə büdcə dəstəyinə yönəldilib.
Oxşar xəbərlər
Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib
Aİ-nin büdcə layihəsinə Ukrayna üçün 100 milyard avro daxil edilib
Ukrayna ABŞ ilə sazişi ratifikasiya edib
Ukrayna Ali Radası ABŞ-la faydalı qazıntılara dair sazişi ratifikasiya edib
Koşta: Aİ Ukrayna üçün 90 milyard avroluq krediti blokdan çıxarıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Bu iki ölkə Rusiyaya qarşı tarixi pakt imzalayacaq
-
Tbilisinin Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
SEPAH: Son gündə Hörmüz boğazından 23 gəmi keçib
