Avstraliyada 15 nəfərin öldürüldüyü hücumla bağlı ictimai dinləmələr başlayıb
Avstraliyada ötən ilin dekabr ayında Hanuka bayramı zamanı 15 nəfərin ölümünə səbəb olan Sidneydəki Bondi çimərliyinə edilən hücumla bağlı milli araşdırma çərçivəsində ictimai dinləmələr başlayıb.
"Sizinxeber.az"un "Reuters"ə istinadən verdiyi məlumata görə, araşdırma ölkədə antisemitizmin artması və ictimai təhlükəsizlik məsələlərini də əhatə edir.
Kral Komissiyasına keçmiş hakim Virciniya Bell sədrlik edir. O, dinləmələrin ilk hissəsinin Avstraliyada antisemitizmin miqyası və təbiətinə yönələcəyini söyləyib. O, ölkədə yəhudi əleyhinə əhval-ruhiyyənin kəskin şəkildə artmasının digər Qərb ölkələrindəki oxşar tendensiyalarla üst-üstə düşdüyünü və görünür, Yaxın Şərqdəki hadisələrlə əlaqəli olduğunu qeyd edib.
Komissiya əvvəllər 14 ilkin tövsiyədən ibarət aralıq hesabat təqdim etmişdi. Bunlara yəhudi ictimai tədbirlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, eləcə də terrorizmə qarşı mübarizə və silah nəzarəti sahələrində əlavə islahatlar daxildir.
Dinləmənin növbəti mərhələsi may ayının sonlarında keçiriləcək və Bondi-Biç hücumuna səbəb olan hallara diqqət yetirəcək.
Oxşar xəbərlər
Avstraliyada son 45 ilin rekord qarı yağıb
"Axios": ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək
Avstraliyada yüngül mühərrikli təyyarə qolf sahəsinə qəza enişi edib
Avstraliyada 2032-ci il Yay Olimpiya Oyunları ilə bağlı tədbirlərə start verilib
Avstraliyada daşqınlar nəticəsində ölənlərin sayı dördə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
