Avstraliyada daşqınlar nəticəsində ölənlərin sayı dördə çatıb
Avstraliyanın cənub-şərqində leysan yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı dörd nəfərə çatıb.
Bu barədə “Sizinxeber.az” “Reuters” agentliyinə istinadən xəbər verir.
Daşqın nəqliyyat sistemində fasilələrə səbəb olub. Güclü külək səbəbindən hava limanının uçuş-enmə zolaqlarından biri bağlanıb ki, bu da reyslərin gecikməsinə səbəb olub.
Yerli hakimiyyət orqanlarının ciddi narahatlığına səbəb olan məsələlərdən biri də Sidneyin su təchizatının təxminən 80 %-ni təmin edən Uorraqamba bəndinin dolmasıdır. Hazırda su anbarında suyun səviyyəsi maksimum tutumun təxminən 96 %-ni təşkil edir.
Fövqəladə hallar xidmətinin məlumatına görə, 50 minə yaxın insan təcrid olunmuş vəziyyətdədir.
Avstraliyanın Baş naziri Entoni Albaneze təbii fəlakətdən ən çox zərər çəkən şəhərlərdən biri olan Tariyə səfərini ləğv etməli olub.
Oxşar xəbərlər
İspaniyada yağış və daşqınlar nəticəsində ölənlərin sayı 90 nəfəri ötüb - YENİLƏNİB-4 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vyetnamda tayfun nəticəsində ölənlərin sayı 127 nəfərə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İspaniyada intensiv yağışlar və sel nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb - YENİLƏNİB-5 [xfgiven_updateblue][/xfgiven_updateblue]
İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı 70 nəfəri keçib - YENİLƏNİB-3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
İndoneziyada daşqın və torpaq sürüşməsi qurbanlarının sayı 21-ə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













