Avstraliyada yüngül mühərrikli təyyarə qolf sahəsinə qəza enişi edib
Avstraliyada yüngül mühərrikli təyyarə qolf sahəsinə qəza enişi edib.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə ABC News xəbər yayıb.
Telekanalın yaydığı məlumata görə, hadisə yerli vaxtla saat 14:00 radələrində, təlim uçuşu zamanı baş verib. Təyyarədə bir təlimçi pilot və bir kursant olub. Hadisə yerindən yayımlanan görüntülərə əsasən, təyyarənin qanadı zədələnib və təkərləri qopub. Tibbi yardım əməkdaşları yüngül xəsarət alan iki şəxsi hadisə yerində müayinə etdikdən sonra əlavə yoxlamalar üçün xəstəxanaya aparıblar.
Rəsmi orqanların verdiyi məlumata görə, qəzanın dəqiq səbəbi hələ müəyyən edilməyib. Ancaq ilkin ehtimallara görə, bu, mühərrikdə yaranmış nasazlıqla bağlı ola bilər.
Oxşar xəbərlər
Türkiyədə qəzaya uğrayan təyyarədə pilot ölüb, sərnişin sağ qalıb - YENİLƏNİB
BƏƏ-də yüngül mühərrikli təyyarə qəzaya uğrayıb
Avstraliyada iki təyyarə toqquşub, ölənlər var
Avstraliyada təyyarə qəzası baş verib, pilot həlak olub
Rusiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













