İran ABŞ və İsrailin Yaxın Şərqdəki obyektlərinə yeni zərbələr endirib
sizinxeber.az xəbər saytı

İran ABŞ və İsrailin Yaxın Şərqdəki obyektlərinə yeni zərbələr endirib


İran Silahlı Qüvvələri ABŞ və İsrailin regiondakı obyektlərinə silsilə zərbələr endirildiyini bildirib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi komandanlığının bəyanatında qeyd edilib.

İran tərəfinin iddiasına görə, zərbələr Ben-Qurion aviabazası ərazisindəki aerokosmik müəssisələrə, həmçinin Şahzadə Sultan aviabazası da daxil olmaqla ABŞ qüvvələrinin mövqelərinə endirilib.

Qeyd olunub ki, hücumlar müxtəlif növ raketlərdən və zərbə pilotsuz uçuş aparatlarından istifadə edilməklə "Sadiq Vəd 4" əməliyyatının növbəti mərhələləri çərçivəsində həyata keçirilib.

Eyni zamanda, Təl-Əviv və Ramat-Qan da daxil olmaqla bir sıra şəhərlərdə hərbi və infrastruktur obyektlərinin vurulduğu nəzərə çatdırılıb.

Məlumata görə, zərbələr davam edir, ABŞ və İsrailin regiondakı hədəflərinə qarşı yönəlib.

Oxşar xəbərlər

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasına zərbə endirib
Rəsmi Tehran İsrailin İranın obyektlərinə bir neçə zərbə endirdiyini açıqlayıb
İsrailin Baş naziri İrana yeni zərbələr endiriləcəyini açıqlayıb
İsrailin Baş naziri İrana yeni zərbələr endirəcəyini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər