İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasına zərbə endirib
sizinxeber.az xəbər saytı

İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasına zərbə endirib


İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin Qüdsdəki binasına və bu ölkənin Təl-Əvivdə yerləşən 13-cü telekanalının ofisinə zərbələr endirdiyini bəyan edib.

"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, zərbə pilotsuz uçuş aparatları vasitəsilə endirilib.

Telekanal İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən Təl-Əvivdəki Ben-Qurion hava limanına, Hayfa və Rişon-le-Siondakı neft emalı zavodlarına da zərbələrin endirildiyini bildirib.

Zərbələr "Qədr", "İmad", "Xeybərşəkən" və "Xürrəmşəhr" raketləri ilə həyata keçirilib.

Bundan başqa, orta mənzilli raketlərdən istifadə edilməklə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasına zərbələr endirilib.

Oxşar xəbərlər

IRNA: İran raketləri İsrail Milli Təhlükəsizlik Nazirliyinin binasına dəyib
İran İsrailin Daxili İşlər Nazirliyini vurdu
İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinə zərbələr endirdi
Husilər İsrailin hava limanına raketlə zərbə endiriblər
SEPAH İsrail və ABŞ-nin 5 ölkədəki bazalarına raket hücumu həyata keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər