İsrailin Baş naziri İrana yeni zərbələr endirəcəyini açıqlayıb
İsrail Hərbi Hava Qüvvələri İran hakimiyyətinin hər bir hədəfinə zərbə endirəcək.
“Report” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu xalqa videomüraciətində bildirib.
“Yaxın vaxtlarda siz Tehran səmasında İsrail Hərbi Hava Qüvvələrinin təyyarələrini görəcəksiniz: biz rejimin hər bir obyektinə və hədəfinə zərbə endirəcəyik", - o söyləyib.
Qeyd edək ki, iyunun 13-də gecə saatlarında İsrail İrana qarşı "Yüksələn Şir" ("Rising Lion") əməliyyatını həyata keçirib. İsrail Hərbi Hava Qüvvələri (HHQ) xüsusilə İranın hərbi və nüvə obyektlərinə zərbələr endirib.
Nəticədə İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general Məhəmməd Hüseyn Baqeri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general Hüseyn Səlami, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə alimləri ölüb. Hücumlar nəticəsində İranın mülki əhalisi arasında da ölənlər var.
Öz növbəsində, İran da İsrailə cavab zərbələri endirib.
Oxşar xəbərlər
Livan və İordaniya hava məkanını açıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lavrov: Rusiya İsrailin hərbi əməliyyatını pisləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin İrana zərbəsi: nüvə savaşı yaxınlaşdı? - NATO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə rəsmiləri İsrailin İrana hücumunu müzakirə edirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya Kansleri Netanyahu ilə İsrail və İran arasında gərginliyi müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












