Antonio Quterreş: BMT Hörmüz boğazı üzrə sülh həllinin bir hissəsi ola bilər
BMT qlobal neft və qaz tədarükü üçün əsas su yolu olan Hörmüz boğazında gərginliyin azaldılmasında fəal rol oynamağa hazırdır.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş "Politico"ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, BMT hücumlar və cavab zərbələri riskinin azaldılması üzrə planın bir hissəsi ola bilər.
BMT-nin Baş katibi, təşkilatın beynəlxalq böhranlarda vasitəçilik təcrübəsini diqqətə çatdırıb.
A.Quterreş Qara dəniz təşəbbüsünü nümunə gətirib. Bu təşəbbüslə 2022-ci ilin iyulundan Rusiyanın bir il sonra iştirakını dayandırmasına qədər humanitar dəhliz vasitəsilə Ukrayna taxılı və gübrələrinin ixracı təmin edilib.
"Mənim əsas məqsədim Hörmüz boğazında keçmişdə mövcud olan şəraitə bənzər şəraitin yaradılmasının mümkün olub-olmadığını aydınlaşdırmaqdır", - Baş katib qeyd edib.
O əlavə edib ki, BMT Fars körfəzinin əsas ölkələri və Avropa Şurası ilə əlaqələr saxlayır.
A.Quterreş vurğulayıb ki, indiki vəziyyət əvvəlkilərdən fərqlənir və onun tənzimlənməsi fərqli yanaşma tələb edir:
"Əlbəttə, bu, fərqli kontekstdir. Həll yolu da fərqli olardı. Lakin biz faydalı olmaq istərdik və sistemi idarə etməyə hazırıq. Bunun üçün bizdə işçi qrupları yaradılıb. Amma biz ABŞ və digər dövlətlərlə birbaşa işləməyə üstünlük veririk".
Oxşar xəbərlər
BMT: Hörmüz boğazı ilə bağlı risklər yüksəkdir
Cənubi Koreya Hörmüz boğazında vəziyyətin normallaşması üçün İranla danışıqlar aparır
Tayani: İtaliya Hörmüz boğazında Aİ-nin dəniz missiyasının genişləndirilməsinə etiraz edir
Hörmüz boğazında Azərbaycan gəmisi var? – Rəsmi
Quterreş Novruz təbrikində sülhsevər və dayanıqlı gələcək arzulayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
-
"Yüksəliş" müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı keçirilib
-
Konqoda Eboladan ölənlərin sayı 150-yə çatır
-
Mirzoyan Lüksemburqda Aİ-nin iclasına qatılacaq
-
Nyu-Yorkda çempionluq sevinci faciə ilə nəticələnib, Tayms meydanında yeniyetmə güllələnib - FOTOLENT
-
Vuçiç: Mən nə Rusiya, nə də başqa bir ölkənin adamıyam
