Cənubi Koreya Hörmüz boğazında vəziyyətin normallaşması üçün İranla danışıqlar aparır
sizinxeber.az xəbər saytı

Cənubi Koreya Hörmüz boğazında vəziyyətin normallaşması üçün İranla danışıqlar aparır


Cənubi Koreya Hörmüz boğazında vəziyyətin normallaşmasını sürətləndirmək üçün İran da daxil olmaqla bir sıra ölkələrlə danışıqlar aparır.

"Report" "Yonhap"a istinadən xəbər verir ki, bu barədə bu gün ölkənin Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi bildirib.

XİN nümayəndəsi əlavə edib ki, Cənubi Koreya hökuməti Yaxın Şərqdə hadisələrin inkişafını diqqətlə izləyir: "Eyni zamanda, vətəndaşlarımızın müdafiəsi və enerji daşıyıcılarının nəqli marşrutlarının təhlükəsizliyinin təmin edilməsi yollarını öyrənirik".

Daha əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirmişdi ki, Tehran Tokio ilə müvafiq məsləhətləşmələrdən sonra Yaponiyaya gedən gəmilərin əsas neft nəqli marşrutundan keçməsinə icazə verməyə hazırdır.

Ötən gün Seul Fars körfəzində İranın hücumlarını və Hörmüz boğazının faktiki olaraq bağlanmasını pisləyən birgə bəyanatda Avropa dövlətləri və Yaponiya da daxil olmaqla yeddi ölkəyə qoşulacağını bəyan edib.

Oxşar xəbərlər

İran Yaponiya gəmilərinə güzəşt edəcək
İran Yaponiya gəmilərinə güzəşt edə bilər
İran Yaponiya gəmilərinə güzəşt etmək edə bilər
Əraqçi: Hörmüz boğazında naviqasiya qaydaları müharibədən sonra dəyişdiriləcək
Hörmüz boğazında Azərbaycan gəmisi var? – Rəsmi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər