BMT: Hörmüz boğazı ilə bağlı risklər yüksəkdir
Hörmüz boğazı ilə bağlı məsələ çox ciddi və risklər yüksəkdir.
"Sizinxeber.az"un ABŞ bürosunun xəbərinə görə, bunu Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin sözçüsü Stefan Dujarrik BMT-nin Hörmüz boğazı ilə bağlı mümkün təşəbbüsü barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.
Sözçü qeyd edib ki, mətbuatda BMT-nin Hörmüz boğazı ətrafında rəhbərlik edə biləcəyi təşəbbüslə bağlı müxtəlif ehtimallar səsləndirilir.
O bildirib ki, belə hallarda ehtiyatlı yanaşma vacibdir. Qara dəniz taxıl təşəbbüsü hazırlanarkən də səssizlik ən doğru yanaşma olub.
Sözçünün sözlərinə görə, BMT-nin baş katibi Antonio Quterreş yüksək səviyyəli rəsmilərlə müntəzəm əlaqə saxlayır.
S. Dujarrik vurğulayıb ki, təşkilat fəaliyyətini diplomatik kanallar vasitəsilə davam etdirəcək.
Oxşar xəbərlər
Hörmüz boğazı açıqdır - Arakçı
İran XİN: Hörmüz boğazı ABŞ və onun müttəfiqlərinin gəmiləri istisna olmaqla, hər kəs üçün açıqdır
Kobayaşi: Hörmüz boğazı ərazisinə gəmilərin göndərilməsində maneələr var
ABŞ Hörmüz boğazı ilə bağlı hərbi tədbirləri istisna etməyib
Tramp neft idxalçısı olan ölkələri Hörmüz boğazının təhlükəsizliyini təmin etməyə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
