KİV: Moskva vilayətində avtomobil partladılıb, general-leytenant ölüb - VİDEO - YENİLƏNİB
Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partladılması nəticəsində yüksək rütbəli hərbçi həlak olub.
Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
VÇK-OQPU və "Rucriminal.info" saytındakı mənbə həlak olan şəxsin general-leytenant rütbəsinə malik olduğunu bildirib.
Bomba BMW-yə yerləşdirilib və avtomobil hərəkətdə olarkən partlayıb.
***
10:32
Moskva vilayətinin Balaşixa şəhərində avtomobil partlayıb.
Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, partlayış səhər saat 05:30 radələrində baş verib.
Şahidlərin sözlərinə görə, sürücü BMW X3-ün mühərrikini işə salanda avtomobil partlayıb.
Şahidlər sürücünü yanan avtomobildən çıxara biliblər, lakin o, daha sonra ölüb.
Faktla bağlı Rusiya İstintaq Komitəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Moskva vilayətində avtomobil partlayıb, general-leytenant ölüb - VİDEO - YENİLƏNİB
Moskva vilayətində maşın partlayıb, general-leytenant ölüb
Moskva vilayətində avtomobil partlayıb, sürücü ölüb - VİDEO
Moskva vilayətində avtomobil partlayıb, Rusiya ordusunun generalı ölüb - YENİLƏNİB
Rusiya generalının ölümü ilə bağlı şübhəli şəxs saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
Netanyahu və Tramp Yaxın Şərqdə münaqişənin gərginləşməsini müzakirə ediblər
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
ABA "Ticarət şəbəkələrinin inkişafı" ilə Anlaşma Memorandumu imzalayıb
-
Ceyhun Bayramovla Hakan Fidan regional və beynəlxalq prosesləri müzakirə ediblər - YENİLƏNİB
-
Nquyen Tiyen: Azərbaycan-Vyetnam əlaqələrinin inkişafından məmnunam
