Azərbaycanda dəniz ilə daşınan yüklərin çoxu neftin payına düşüb
Azərbaycanda dəniz nəqliyyatı ilə 2024-cü ilin yanvar-iyul aylarında daşınmış yüklərin həcmi 4 905,7 min ton təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2% azalıb.
Dövlət Statistika Komitəsindən “Sizinxeber.az-Economics”ə verilən məlumata görə, hesabat dövründə daşıınan yüklərin 48,6%-i neft yükləri təşkil edib.
Məlumata görə, dəniz limanları tərəfindən 8 059,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 6 449 min tonunu və ya 80%-i tranzit yüklər təşkil edilib. 2024-cü il avqust ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 350,4 min ton olub.
“Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 23,6% artaraq 15,7 min nəfər olub”, - məlumatda qeyd olunur.
Oxşar xəbərlər
Nəqliyat sektorunda yük və sərnişin daşımaları artıb
Azərbaycan ərazisindən keçən dəhlizlərdə daşınan yüklərin həcmi artıb
Dövlət büdcəsinin profisiti 3 dəfəyə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
-
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
