Nəqliyat sektorunda yük və sərnişin daşımaları artıb
Azərbaycanda 2024-cü ilin yanvar-iyul ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,1% və 8,7% artıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 133,5 mln. ton yük daşınıb.
Məlumata görə, yüklərin 3,7%-i dəniz, 8,1%-i dəmir yolu, 0,2%-i hava, 58,1%-i avtomobil nəqliyyatı, 29,9%-i isə boru kəməri ilə daşınıb.
“Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,9% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,2% təşkil edib”, - məlumatda qeyd olunur.
Bildirilir ki, 2024-cü ilin yanvar-iyul aylarında nəqliyyatçılar 1 131,5 mln. sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 87,9%-i avtomobil nəqliyyatı, 11,5%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınılıb.
Oxşar xəbərlər
Azərbaycan ərazisindən keçən dəhlizlərdə daşınan yüklərin həcmi artıb
Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 40%-dən çox artıb
Dövlət büdcəsinin profisiti 3 dəfəyə yaxın artıb
Bu il 72 üçəm, 4 dördəm doğulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
