Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 10 vaqon gübrə göndərilib - YENİLƏNİB - FOTO
sizinxeber.az xəbər saytı

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 10 vaqon gübrə göndərilib - YENİLƏNİB - FOTO


Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Sizinxeber.az xəbər verir ki, 10 vaqondan ibarət, çəkisi 678 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 2000 tona yaxın gübrə və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

***

09:55

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana gübrə göndəriləcək.

Sizinxeber.az xəbər verir ki, bu gün Ermənistana 10 vaqon gübrə yola salınacaq.

Qeyd edək ki, ötən gün 8 vaqondan ibarət, çəkisi 536 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Oxşar xəbərlər

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndərilib - FOTOLENT - YENİLƏNİB
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndərilib - YENİLƏNİB
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndərilib - YENİLƏNİB
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 8 vaqon gübrə göndərilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər