Kamran Əliyev Suraxanıda vətəndaşları qəbul edib
Baş prokuror Kamran Əliyev Bakı şəhəri Suraxanı rayon prokurorluğunun inzibati binasında Suraxanı rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
"Report" xəbər verir ki, qəbulda iştirak edən 17 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.
Oxşar xəbərlər
Baş prokuror Şəkidə vətəndaşları qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Rəqəmsal inkişaf dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilir: Yeni mərhələnin hədəfləri nədir? - TƏHLİL
-
DÇ-2026: İngiltərə, Belçika və ABŞ milliləri 1/16 final matçına çıxırlar
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
