QAİ-nin müraciəti BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb
sizinxeber.az xəbər saytı

QAİ-nin müraciəti BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb


Xəbər verdiyimiz kimi 1 mart 2025-ci il tarixdə Qərbi Azərbaycan İcması Qadınlar Şurasının təşkilatçılığı ilə onlaynformatda "Qaçqınlıq və Qadınlar" mövzusunda beynəlxalq konfrans keçirilmişdi.

8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilmişkonfransın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Qərbi azərbaycanlı qadınların etnik təmizləməyə məruz qalmaları və öz evlərinə qayıda bilməmələrindən irəli gələn hüquqpozuntularına cəlb etmək idi. Konfrans iştirakçıları adından beynəlxalq ictimaiyyətə müraciət qəbul edilmişdi.
Sözügedən müraciət BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb. Sənədin BMT-nin ali orqanlarının rəsmi sənədi kimi yayılması Qərbi Azərbaycan məsələsi üzrə beynəlxalq məlumatlılığın artmasında mühüm rol oynayır.

Qərbi Azərbaycan İcması geri qayıdış hüququnun təşviqi və bu müstəvidə humanitar məsələlərin işıqlandırılması istiqamətində səylərini davam etdirir.

MƏLUMAT YENİLƏNİR

Oxşar xəbərlər

İcmanın BMT-nin Baş katibinə ünvanladığı məktub qurumun rəsmi sənədi kimi yayılıb
BMT Azərbaycan Prezidentinin Qərbi Azərbaycana qayıdışla bağlı konfransa müraciətini rəsmi sənəd kimi yayıb
Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli" ilə bağlı konfrans BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb
Qərbi Azərbaycan İcmasının Antonio Quterreşə göndərdiyi məktub BMT sənədi kimi yayılıb
İcma Ermənistanın irqçi siyasətini qınayaraq qərbi azərbaycanlıların qayıdış hüququnun təmin olunmasını tələb edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər