Prezident: Əsl müstəqillik o vaxt olur ki, ölkə müstəqil siyasət apara bilsin
Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir. Amma əsl müstəqillik o vaxt olur ki, ölkə müstəqil siyasət apara bilsin.
"Sizinxeber.az" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan o ölkələrdəndir.
"İndi dünyada 200-ə yaxın müstəqil ölkə var. Amma demək olmaz ki, onların hər biri, doğrudan da, müstəqildir. Biz, sözün əsl mənasında, müstəqil dövlətik. Çünki öz taleyimizi özümüz həll edirik, siyasətimizi heç kimə baxmadan xalqın, dövlətin naminə, milli maraqların qorunması əsasında aparırıq. Buna görə də dünyada böyük şöhrət qazanmışıq. Baxmayaraq ki, torpaqlarımız uzun illər erməni işğalı altında idi, hətta o vaxt müstəqil siyasət apararaq böyük hörmət qazanmışıq dünyada. Əlbəttə ki, İkinci Qarabağ müharibəsi və ondan üç il sonra antiterror əməliyyatı, bizim şanlı Zəfərimiz ölkəmizin, xalqımızın nüfuzunu dünyada daha da artırıb".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti: Müstəqillik Gününü azad olunan ərazilərdə qeyd etməyim ənənəyə çevrilib
İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb - YENİLƏNİB
Prezident: "Bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil"
Azərbaycan Prezidenti: Müstəqil, prinsipial, xarici siyasət bizim əsas istiqamətimizdir
İlham Əliyev: Aİ daxilində müstəqil siyasət aparmaq böyük qəhrəmanlıq tələb edir ki, bunlar da Macarıstanda var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
-
Bu iki ölkə Rusiyaya qarşı tarixi pakt imzalayacaq
-
Tbilisinin Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
Aİİ sammiti Ermənistanın taleyini həll edəcək? - Peskov
-
SEPAH: Son gündə Hörmüz boğazından 23 gəmi keçib
