Umayra Tağıyeva: "Çaylarımızda sululuq artıb"
sizinxeber.az xəbər saytı

Umayra Tağıyeva: "Çaylarımızda sululuq artıb"


Azərbaycandakı çaylarda sululuq artıb.

"Sizinxeber.az" xəbər verir ki, bunu Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda keçirilən dinləmələrdə parlamentin ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib.

"Son 10 ilə baxanda bu il Böyük və Kiçik Qafqaz dağlarının suları ilə bağlı yaxşı göstəricilərlə üzləşirik. Böyük Qafqazın çaylarında sululuq normadan 88 % çoxdur. Keçən illə müqayisədə sululuq 38 faiz bəndi yüksəkdir. Kiçik Qafqaz çaylarında isə sululuq norma göstəricilərindən 35 faiz bəndi artıqdır. Bunlar yaxşı göstəricilərdir, amma bizi sakitləşdirməli deyil. İqlim dəyişikliklərinə əsasən, su ehtiyatlarının gələcək proqnozları nikbin deyil. Buna görə su ehtiyatlarının səmərəli istifadəsi vacib məsələdir", - deyə nazir müavini vurğulayıb.

Oxşar xəbərlər

Su ehtiyatlarının səmərəli istifadəsinə dair milli strategiya layihəsi hazırlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Umayra Tağıyeva: “Azərbaycanda ən çox sel və daşqın hadisələri bu il qeydə alınıb” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan futzal millisi iki yoldaşlıq oyunu keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: "Ulu Öndərin uzaqgörənliyi iqlim dəyişmələri istiqamətində görüləcək işlər üçün zəmin yaratdı" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Deputat: "Azərbaycanda su itkisi yüksək olaraq qalır" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər