Ağdamda dövlət-din münasibətlərində hüquqi mexanizmlər mövzusunda regional konfrans keçirilir
sizinxeber.az xəbər saytı

Ağdamda dövlət-din münasibətlərində hüquqi mexanizmlər mövzusunda regional konfrans keçirilir


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ağdam rayonu Quzanlı qəsəbəsində "Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər" mövzusunda regional konfrans keçirilir.

"Sizinxeber.az"un Qarabağ bürosu xəbər verir ki, tədbirdə Dövlət Komitəsi və Ağdam Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak edir.

Konfransın məqsədi mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətləri, habelə hüquqi və institusional mexanizmlərin gücləndirilməsi və profilaktik tədbirlərin müzakirəsindən ibarətdir. Bununla yanaşı, konfransda maarifləndirmə işinin prioritetləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Tədbir çərçivəsində "Dəyişən dünyada dövlətin din siyasətinin prioritetləri" və "Dini radikalizm ictimai-siyasi sabitliyə təhdid kimi" mövzular üzrə panellər də təşkil olunacaq.

Oxşar xəbərlər

Ağdamda dövlət-din münasibətlərinə dair regional konfrans keçiriləcək
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçiriləcək
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçirilir - FOTO
Qusarda hərbçilərlə “Radikal dini cərəyanlar və ifrat məzhəbçilik” mövzusunda maarifləndirmə işi aparılıb
Mingəçevirdə “Qloballaşan dünyada ənənəvilik və müasirlik” mövzusunda regional konfrans keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər