Mingəçevirdə “Qloballaşan dünyada ənənəvilik və müasirlik” mövzusunda regional konfrans keçirilib
sizinxeber.az xəbər saytı

Mingəçevirdə “Qloballaşan dünyada ənənəvilik və müasirlik” mövzusunda regional konfrans keçirilib


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Mingəçevir şəhərində “Qloballaşan dünyada ənənəvilik və müasirlik” mövzusunda konfrans keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, hüquq mühafizə orqanlarının əməkdaşları, həmçinin din xadimləri, dini icma sədrləri iştirak edib.

Tədbirdə dövlət-din münasibətlərinin tənzimlənməsi, vətəndaşların dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyəti barədə müzakirələr aparılıb.

Həmçinin, qloballaşmanın ənənəvi dəyərlərə təsiri, müasirliklə tarixi ənənələrin əlaqəsi kimi mövzular nəzərdən keçirilib.

Oxşar xəbərlər

Ramin Məmmədov: Əsas məqsədlərdən biri dinin yanlış interpretasiyalarını dəyişməkdir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib
Xaçmazda dini müstəvidə ideoloji təhlükəsizliyə həsr olunan konfrans keçirilib
Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər