Musiqi müəllimlərinin attestasiya nəticələrinə uyğun təlimlər başlanılır
sizinxeber.az xəbər saytı

Musiqi müəllimlərinin attestasiya nəticələrinə uyğun təlimlər başlanılır


Musiqi müəllimlərinin attestasiya nəticələrinə uyğun təlimlər başlanılır.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı və Abşeron-Xızı regionlarında ümumilikdə 47 musiqi və incəsənət məktəbində çalışan 1759 nəfər fortepiano və musiqi nəzəriyyəsi müəllimi attestasiyaya cəlb edilib: 

"Attestasiyadan 1200 nəfərə yaxın müəllim uğurla keçib, onlardan 650 nəfəri bütün komissiya üzvləri tərəfindən müsbət qiymətləndirilməklə ən yüksək, 309 nəfəri yüksək nəticə göstərib. Xüsusilə son illərdə müsabiqə yolu ilə işə qəbul olan müəllimlər attestasiyadan uğurla keçib".

Vurğulanıb ki, attestasiyanın nəticələri üzrə 492 nəfər müəllim tutduğu vəzifəyə uyğun hesab edilməyib, onlardan 112 nəfəri komissiya üzvlərinin 2 lehinə, 3 əleyhinə səsi ilə qiymətləndirilib.

"Həmin şəxslərin xüsusi təlim proqramına cəlb olunmaları nəzərdə tutulub. Mədəniyyət Nazirliyinin tapşırığı ilə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi onlar üçün attestasiya komissiyaları tərəfindən qeyd olunan təlim ehtiyaclarına uyğun olaraq fortepiano, musiqi tarixi və nəzəriyyəsi istiqamətləri üzrə xüsusi inkişaf yönümlü təlim proqramları hazırlayıb".

Qeyd olunub ki, təlimlər mayın 1-dən etibarən mərhələli şəkildə, əvvəlcədən tərtib olunmuş qrafikə uyğun olaraq həyata keçiriləcək. 

Oxşar xəbərlər

Son iki ayda 493 musiqi müəllimi attestasiyadan keçə bilməyib
Attestasiyadan kəsilən 500-ə yaxın musiqi müəllimindən 56-sı ali təhsillidir - SİYAHI
Musiqi və incəsənət məktəblərində hər üç müəllimdən biri attestasiyada ən yüksək nəticəni göstərib
Musiqi müəllimlərinin attestasiya imtahanlarının detalları açıqlanıb
Gələn il musiqi, incəsənət məktəblərində çalışan 4100 müəllimin attestasiyadan keçirilməsi planlaşdırılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər