Qobustan Milli Tarix-Bədii Qoruğunda Zəfər Günü qeyd edilib
Qobustan Milli Tarix-Bədii Qoruğunda Vətən Müharibəsindəki şanlı qələbəmizin 4-cü ildönümü münasibətilə bayram tədbiri keçirilib.
Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli şəhid ailələri və qazilərlə görüşüb. Şəhid ailələri və qazilər qarşısında çıxışı zamanı nazir qeyd edib ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti və şanlı ordumuzun qüdrəti sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, noyabrın 8-i xalqımızın tarixinə qızıl hərflərlə yazılıb.
Bu gün üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad olunmuş torpaqlarımıza böyük qayıdış davam edir.
Tarixi abidələrimiz bərpa olunur. Biz bu tarixi Zəfərimiz üçün torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən, al qanlarıyla tarix yazan şəhidlərimizə borcluyuq.
Bayram münasibətilə şəhid ailələri və qaziləri təbrik edən nazir onlarla xatirə şəkli çəkdirib.
Sonra tədbir iştirakçıları əl işlərindən ibarət sərgiyə baxış keçirib.
Oxşar xəbərlər
Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zəfər Günü UNEC-də böyük təntənə ilə qeyd edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in Mülki müdafiə qoşunlarında və regional mərkəzlərdə Anım Günü ilə əlaqədar tədbirlər keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in Cənub Regional Mərkəzində şəhid övladları üçün Zəfər Gününə həsr olunmuş “açıq qapı” günü keçirilib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












