FHN-in Mülki müdafiə qoşunlarında və regional mərkəzlərdə Anım Günü ilə əlaqədar tədbirlər keçirilib
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının (MMQ) şəxsi heyəti 27 sentyabr – Anım Gününü qeyd edib.
APA FHN-ə istinadən xəbər verir ki, əvvəlcə, qoşunların şəxsi heyəti Bakıda İkinci Şəhidlər xiyabanına gələrək ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad ediblər.
Mülki müdafiə qoşunlarının komandanlığında keçirilən tədbirdə FHN-in Mülki müdafiə qoşunlarının şəxsi heyəti, Vətən müharibəsi iştirakçıları – baş leytenantlar Hüseyn Kərimli və Ədalət Məmmədov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Azərbaycan Tarix muzeyinin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov iştirak edib.
Tədbirdən əvvəl MMQ-nin inzibati binasının həyətində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən natiqlər qeyd ediblər ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə rəşadətli Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsi tarixi Zəfərlə sona çatdı, Ermənistanın işğalı altında olan əzəli torpaqlarımız azad edilərək ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Torpaqlarımızın azad olunmasında əsgər və zabitlərimiz misilsiz şücaət göstərib, öz qəhrəmanlıqları ilə adlarını şanlı Azərbaycan tarixinə əbədi yazıblar.
Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçıları Hüseyn Kərimli və Ədalət Məmmədov keçdikləri döyüş yolundan söz açıb, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin yüksək səviyyədə saxlanılmasının Qələbəmizin əldə olunmasında böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar.
Sonda Anım günü ilə bağlı “Davam edən missiya” adlı film nümayiş olunub.
27 Sentyabr – Anım Günü ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində silsilə tədbirlər keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan anım tədbirlərində torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu cəmi 44 gün ərzində 30 ilə yaxın müddətdə düşmən tərəfindən işğal altında saxlanılan əzəli torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Məhz Müzəffər Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, parlaq zəkası və dəmir iradəsi sayəsində rəşadətli Azərbaycan Silahlı Qüvvələri hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Qəhrəman Ordumuzun misilsiz şücaəti, cəsur əsgər və zabitlərimizin işğal altında olan Vətən torpaqları uğrunda apardığı ölüm-dirim mübarizəsi sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq-ədalət öz yerini tapdı. Silahlı Qüvvələrimizin sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində təcavüzkar Ermənistan ordusu darmadağın edildi, düşmən kapitulasiya sənədini imzalamaq məcburiyyətində qaldı.
Çıxış edənlər doğma torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda canlarını fəda etmiş qəhrəman əsgər və zabitlərimizin xatirəsini ehtiramla anıb, onların hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını vurğulayıblar.
Oxşar xəbərlər
Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in Akademiyasında 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda şəhidlərin xatirəsi anılıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət və hökumət rəsmiləri Zəfər parkında olublar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Xidməti kəlbəcərlilərlə görüş keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












