Şəhriyar Əliyev: "Müqaviləmin müddətinin yenilənməməsi Kurban Berdıyevin qərarıdır"
sizinxeber.az xəbər saytı

Şəhriyar Əliyev: "Müqaviləmin müddətinin yenilənməməsi Kurban Berdıyevin qərarıdır"


Şəhriyar Əliyev "Turan Tovuz"dan komandanın baş məşqçisi Kurban Berdıyevin qərarı ilə ayrılıb.

Müdafiəçi bunu "Sizinxeber.az"a açıqlamasında deyib.

O, Tovuz təmsilçisindəki karyerası barədə danışıb:

"İlk növbədə "Turan Tovuz"a uğurlar arzulayıram. Artıq yollarımız ayrılıb, lakin 4 il orada oynamışam və kollektiv üçün əlimdən gələnin ən yaxşısını etmişəm. İnşallah, UEFA tərəfindən yaxşı qərar verilər və komanda layiq olduğu Konfrans Liqasında oynayar. Müqaviləmin müddətinin uzadılmamasına gəlincə, bu, tamamilə baş məşqçi Kurban Berdıyevin qərarıdır. Heyətin formalaşdırılması, qalan və gedən futbolçuların müəyyənləşdirilməsi onun səlahiyyətindədir".

Ş.Əliyev gələcək planlarına da toxunub:

"Çıxış etdiyim bütün klublara hər zaman fayda verməyə çalışmışam. Düzdür, danışıq apardığım klublar var. Yəqin ki, 5-10 gün ərzində hər şeyə aydınlıq gələcək. Bir futbolçu kimi oynamaq və yeni komandama kömək etmək istəyirəm. Ən əsası odur ki, "Turan Tovuz"la xoşluqla ayrıldıq. Ümid edirəm ki, komanda uğurlu çıxış edər və növbəti mövsümün sonunda avrokuboklarda iştirak edər".

Qeyd edək ki, "Turan Tovuz" 2025/2026 mövsümünü 59 xalla üçüncü pillədə başa vurub və avrokuboklarda oynamaq hüququ qazanıb. Lakin 2019-cu ildə futbolçuları danışılmış oyunlarda iştirak səbəbindən futboldan uzaqlaşdırıldıqları üçün UEFA "Turan Tovuz"u cəzalandıraraq avrokuboklarda iştirakına bir mövsümlük qadağa qoyub.

Oxşar xəbərlər

Yunis Hüseynov: “Kurban Berdıyevin yanında çalışmaq hər bir məşqçinin arzusudur”
“Turan Tovuz” Albaniya klubuna uduzub
"Turan Tovuz" Türkiyədə növbəti yoxlama oyununu bu gün keçirəcək
"Turan Tovuz" Türkiyədə ilk yoxlama oyununu keçirib
"Turan Tovuz" antirekordunu təkrarlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər