Omanın Sohar şəhərinin şimal-şərqində yerləşən tankerdə yanğın baş verib, ölən var
sizinxeber.az xəbər saytı

Omanın Sohar şəhərinin şimal-şərqində yerləşən tankerdə yanğın baş verib, ölən var


Omandan şimal-şərqdə yerləşən tankerdə bir heyət üzvünün ölümü ilə nəticələnən yanğın baş verib.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) rəsmi saytında bildirilib.

UKMTO-nun məlumatına görə, yanğın gəminin maşın şöbəsində baş verib. Bu barədə heyətin təxliyəsinə kömək etmək üçün hadisə yerinə gələn yerli hakimiyyət orqanları bildiriblər.

"İlkin məlumatlara görə, bir heyət üzvü həlak olub, ikisi itkin düşüb", - məlumatda qeyd olunub.

UKMTO bildirib ki, hələlik texnogen xarakterli təhlükə müşahidə olunmur. Hakimiyyət orqanları araşdırmanı davam etdirirlər.

Oxşar xəbərlər

UKMTO: Hörmüzdə dəniz təhlükəsizliyinə təhdid səviyyəsi kritik olaraq qalır
Oman sahillərində növbəti gəmi insidenti baş verib
UKMTO: Yəmənin Sokotra adası yaxınlığında insident baş verib
BƏƏ sahillərində mərmi ilə vurulan gəmidə yanğın baş verib
UKMTO: İranda müharibənin başlanğıcından bəri Fars körfəzində 29 gəmiyə hücum edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər