ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib
sizinxeber.az xəbər saytı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib


ABŞ Federal Məhkəməsi Donald Tramp administrasiyası tərəfindən "H-1B" vizalarının alınması üçün müraciət edərkən tətbiq olunmuş 100 min dollar məbləğindəki məcburi ödənişi qanunsuz hesab edib.

"Report" xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

Dairə hakimi 2025-ci ilin sentyabrında tətbiq olunmuş tədbirə etiraz edən 20 ştatın iddiasını təmin edib. Məhkəmə müəyyən edib ki, administrasiya konqresin təsdiqi olmadan müraciətlərin verilməsinə faktiki olaraq vergi tətbiq etməklə səlahiyyətlərini aşıb. Qərarda qeyd edilib ki, ödəniş öz mahiyyəti etibarilə vergidir və qüvvədə olan qanunvericilik icraedici hakimiyyətə belə məcburi rüsumlar tətbiq etmək hüququ vermir.

Daxili Təhlükəsizlik Nazirliyi qərarı tənqid edərək onu "məhkəmə aktivizmi" adlandırıb və bildirib ki, rüsumların artırılması ABŞ işçi qüvvəsinin qorunmasına və proqramın şəffaflığının artırılmasına yönəlmişdi.

1990-cı ildə konqres tərəfindən yaradılmış "H-1B" proqramı şirkətlərə dar ixtisaslar üzrə xarici mütəxəssisləri altı ilə qədər müddətə işə cəlb etməyə imkan verir. İllik kvota 65 min viza, üstəgəl, yüksək dərəcə sahibləri üçün əlavə olaraq 20 min viza təşkil edir. İşəgötürənlər üçün qüvvədə olan rüsumlar, adətən, 1,7-4,5 min dollar aralığındadır.

Oxşar xəbərlər

Tramp administrasiyası toplanmış 159 milyard dollar rüsumu şirkətlərə qaytarmalı olacaq
ABŞ Federal Məhkəməsi Trampın idxala tətbiq etdiyi 10%-lik rüsumları qanunsuz hesab edib
Məhkəmə Kennedi Mərkəzinə Trampın adının əlavə olunmasını qadağan edib
Tramp: Rüsumlar ABŞ-yə 88 milyard dollar gəlir gətirib
Tramp administrasiyası məhkəmədən qlobal tariflər işi ilə bağlı qərarını ləğv etməsini istəyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər