Evren Alkaya: "Komandalarımız Minskdə beynəlxalq təcrübə qazanmaq imkanı əldə etdi" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
in
2026
14:30
ff aaaaaaa

Evren Alkaya: "Komandalarımız Minskdə beynəlxalq təcrübə qazanmaq imkanı əldə etdi"

10 in, 2026
14:30
888

Evren Alkaya: "Komandalarımız Minskdə beynəlxalq təcrübə qazanmaq imkanı əldə etdi"

Azərbaycanın 16, 18 və 20 yaşadək qızlardan ibarət basketbol milliləri Belarusun paytaxtı Minskdəki təlim-məşq toplanışında beynəlxalq təcrübə qazanmaq imkanı əldə edib.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə komandaların baş məşqçisi Evren Alkaya Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

Türkiyəli mütəxəssis hazırlıq prosesinin onlar üçün faydalı olduğunu bildirib:

"Yoxlama oyunlarında güclü rəqiblərlə qarşılaşaraq komandalarımızın hazırkı vəziyyətini qiymətləndirmək və beynəlxalq təcrübə qazanmaq imkanı əldə etdik. İnanıram ki, hazırlığın nəticələri qarşıdakı Avropa çempionatlarında özünü göstərəcək."

Xatırladaq ki, U-16, U-18 və U-20 milli komandaları 26 may – 4 iyun aralığında Minskdə təlim-məşq toplanışında olub.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul