Gədəbəy, Ağstafa və Tovuzda "Uşaq İncəsənət Festivalı – 2025" üçün seçim turu keçirilib
- 26-04-2025, 13:00
- Mədəniyyət / İncəsənət
- 0
- 1 349
Mədəniyyət, Elm və Təhsil nazirlikləri və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 21-dən "Uşaq İncəsənət Festivalı – 2025"in birinci seçim turuna start verilib və qeydiyyatdan keçən iştirakçılar öz bacarıqlarını nümayiş etdirirlər.
“Report” xəbər verir ki, bununla bağlı aprelin 23-də Gədəbəy rayonu Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların milli vətənpərvərlik, mədəniyyətə, incəsənətə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onlarda mədəni həyat tərzinin formalaşdırılması işinə köməklik göstərilməsidir.
Bundan başqa, aprelin 24-də Ağstafa rayonu Heydər Əliyev Mərkəzinin, aprelin 25-də isə Tovuz rayonu Abulbəyli kənd folklor evinin qarşısında festival iştirakçılarının, həmçinin bölgədə yaşayan uşaq və gənclər üçün guşələr yaradılıb, interaktiv proqramlar təşkil edilib və sonda seçim turuna baxış keçirilib. Tədbirdən sonra Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri ilə iclas keçirilib.


alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />