Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Rəssamlıq Akademiyası arasında memorandum imzalanıb
Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Rəssamlıq Akademiyası arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
Bu barədə “Sizinxeber.az”a Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib.
“Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin 2025-ci ilin "Ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyat İli" elan edilməsi haqqında Sərəncamı çərçivəsində ölkədə Beynəlxalq Təsviri və Tətbiqi Sənət Festivalı keçirilir. Tədbirin əsas məqsədi Özbəkistanın mədəni irsinin qorunması və təbliği, gənc istedadların dəstəklənməsi, ənənələrin inkişafı və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsidir”, – Mərkəzin məlumatında qeyd olunub.
Vurğulanıb ki, festival çərçivəsində Mərkəzlə ilə Özbəkistan Rəssamlıq Akademiyası arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
Sənədi Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli və Özbəkistan Rəssamlıq Akademiyasının sədri Akmal Nur imzalayıblar.
Sənədə əsasən tərəflər iki ölkənin aidiyyəti qurumları arasında təsviri, tətbiqi sənət sahələrində əlaqələrin möhkəmlənməsi, qarşılıqlı təcrübə mübadiləsi, milli mədəni irs və incəsənət sahəsində ortaq layihələrin həyata keçirilməsi istiqamətində müvafiq iş aparacaqlar.
Qeyd olunub ki, rəssamlarının əsərlərini nümayiş etdirmək üçün ortaq layihələrin həyata keçirilməsi, rəssamlar, heykəltəraşlar və digər incəsənət nümayəndələri üçün ustad dərsləri, seminarlar və təlim proqramlarının təşkili, zəngin mədəni irsinin qorunması və təbliği məqsədilə birgə layihələr, habelə gənc rəssamların və sənətkarların inkişafı üçün müsabiqələr, təqaüd proqramları və sərgilərin təşkili də həyata keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycanla Özbəkistan arasında 11 sənəd imzalanıb
TDT-nin Mərkəzi Banklar Şurasının yaradılması haqqında memorandum imzalanıb
Azərbaycan Özbəkistanla turizm sahəsində əməkdaşlığı genişləndirmək istəyir
Səfir: Bakı ilə Daşkənd arasında sənaye kooperasiyasının inkişafı çox vacibdir
Azərbaycan Milli İncəsənət Muzeyi ilə Rusiya Dövlət Ermitajı arasında memorandum imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
