Qəbələdə “Bir Peşənin Sirri” festivalı keçirilib
Qəbələ şəhərində Peşə Təhsili üzrə Dövlət Agentliyi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə ictimaiyyətə açıq “Bir Peşənin Sirri” festivalı keçirilib.
"Sizinxeber.az"un Şimal-qərb bürosunun məlumatına görə, festivalda qonaqlara Qəbələ, İsmayıllı, Qax, Şəki və Kürdəmiri təmsil edən peşə təhsil müəssisələrinin turizm, sənaye, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər nümayiş etdirilib.
Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşlıq etdiyi “Aspi Agro” MMC, “Xanlar Qəbələ” restoranı, “Qafqaz Qəbələ” MMC kimi işəgötürən müəssisələr də təmsil olunublar. Bununla yanaşı, tədbir iştirakçıları üçün əyləncəli oyunlar, viktorinalar keçirilib.
Peşə təhsil müəssisələri tərəfindən keçirilən yarışların qalibləri dəyərli hədiyyələrlə mükafatlandırılıb. Həmçinin tədbir iştirakçıları müxtəlif peşələrin sirri ilə bağlı maraqlı məlumatlar əldə ediblər.
Festivalda çıxışlar zamanı peşə təhsilinin ölkənin iqtisadi inkişafındakı strateji rolundan, gənclərin məşğulluq imkanlarının artırılması və peşə təhsilinə olan marağın yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək, gənclərin, valideynlərin, o cümlədən bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsini təmin etməkdir.
Oxşar xəbərlər
Cəlilabadda "Bir peşənin sirri" festivalı keçiriləcək
Azərbaycanın ən yaşlı tələbəsi - FOTO
Ceyhun Kərəmov: Şuşa Dövlət Peşə Təhsil Mərkəzində 3 yeni ixtisas tədris olunacaq
Yeni tədris ilindən 9 peşə təhsili müəssisəsi ikinövbəli tədrisə keçir
Onların təhsil haqqını dövlət ödəyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












