Müəllimlər üçün təlimin keçirilməsi qaydaları müzakirə edilib
- 8-04-2025, 10:00
- Mədəniyyət / İncəsənət
- 0
- 1 396
Müəllimlər üçün təlimin keçirilməsi qaydaları ilə bağlı müzakirə keçirilib.
Mədəniyyət Nazirliyindən "Sizinxeber.az"a verilən xəbərə görə, nazirlik sisteminə daxil olan, Bakı və Abşeron-Xızı regionlarını əhatə edən musiqi və incəsənət məktəblərində çalışan fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə attestasiya keçirilib.
Attestasiya zamanı komissiya üzvləri tərəfindən 2 lehinə, 3 əleyhinə səslə tutduğu vəzifəyə uyğun hesab edilməyən təhsilverənlərin Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə müvafiq istiqamətlər üzrə təlimlərə cəlb edilməsi nəzərdə tutulur.
Bu məqsədlə müvafiq sahə üzrə ekspertlərin iştirakı ilə aprelin 4-də Bakı Xoreoqrafiya Akademiyasında müzakirə keçirilib. Qeyd edilən kateqoriyadan olan müəllimlər üçün təlimlərin məzmunu, müddəti, istiqamətləri və təşkilati məsələlər barədə fikir mübadiləsi aparılıb, gələcək addımlar üçün müvafiq meyarlar müəyyənləşdirilib.
Təlimlər zamanı peşəkar yanaşmanın təmin olunması məqsədilə aparıcı musiqi məktəblərinin müəllimləri, musiqi təmayüllü ali və orta ixtisas məktəblərindən mütəxəssislərin, həmçinin sahə üzrə müstəqil ekspertlərin də prosesə cəlb edilməsi məqsədəuyğun hesab olunub.
Planlaşdırılan təlimlər mədəniyyət təhsili sahəsində keyfiyyətin artırılması və şəffaflığın təmin edilməsi baxımından əhəmiyyətli addımdır.
Təlimlərin təşkili ilə bağlı daha ətraflı məlumat yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.


width="220" alt="Son iki ayda 493 musiqi müəllimi attestasiyadan keçə bilməyib" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />