"CineMastercard"da “Dayı: Bir adamın hikayesi 2” filminin qala gecəsi keçirilib
"Dəniz Mall" ticarət mərkəzində yerləşən “CineMastercard” kinoteatrında “Dayı: Bir adamın hikayesi 2” türk döyüş dramının qala gecəsi baş tutub.
"Sizinxeber.az"un məlumatına görə, bu, 2022-ci ildə ekranlara çıxan “Dayı: Bir adamın hikayesi 1” filminin davamıdır.
Tədbirə filmin rejissoru, ssenaristi və prodüseri Uğur Bayraktar və baş rol ifaçısı Ufuk Bayraktar dəvət olunub.
Filmin qəhrəmanları media nümayəndələrinin suallarını cavablandırıb, qırmızı xalıdan keçib və bütün pərəstişkarlarla şəkil çəkdiriblər.
Azərbaycan tamaşaçıları türkiyəli qonaqları hərarətlə, gur alqışlarla qarşılayıb.
İkinci hissədə yeni çətinliklərin öhdəsindən gələrək daha da zirvələrə yüksələn, daha da çətin seçimlər və rəqiblərlə qarşılaşan, lakin prinsiplərinə inamını itirməyən Cevahirin həyatından bəhs edilir.
Tədbirin təşkilində "Cinema Distribution", “Coffemania” restoranlar şəbəkəsi, foto və video çəkiliş - “Light in Black” kreativ şirkəti dəstək göstəriblər.
“CineMastercard” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
Oxşar xəbərlər
CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin aktyoru ilə görüş keçiriləcək
CineMastercardda “Dayı: Bir Adamın Hikayesi 2” filminin aktyoru ilə görüş keçiriləcək
"CineMastercard"da ən çox gözlənilən “0000 Kilometre” filminin Qala gecəsi keçirilib
"Apatiya 2"nin qala gecəsi olub
“CineMastercard”da Türkiyə komediya filminin nümayişi başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
-
DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
-
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
-
Şotlandiya millisinin baş məşqçisi Klark: "Hər kəs bildirirdi ki, mütləq qələbə qazanmalıyıq"
-
"Yüksəliş" müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı keçirilib
-
DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
