CineMastercardda “Dayı: Bir Adamın Hikayesi 2” filminin aktyoru ilə görüş keçiriləcək
Dəniz Mall ticarət mərkəzində yerləşən “CineMastercard” kinoteatrında martın 6-sı saat 19:00-da “Dayı: Bir Adamın Hikayesi 2” türk filminin baş rol ifaçısı Ufuk Bayraktar ilə görüş olacaq.
"Report" xəbər verir ki, Uğur Bayraktarın rejissoru olduğu ekran işində baş rollarda Ufuk Bayraktar, Yıldıray Şahinler, Cem Özer, Reha Özcan və Kadir Toprak çəkilib.
Qeyd edək ki, 2022-ci ildə nümayiş olunan “Dayı” filminin birinci hissəsi rəngarəng personajları və gözlənilməz süjet döngələri sayəsində tamaşaçıların böyük marağına səbəb olub.
Uşaqlıqdan ədalət hissi ilə nadinc olan Cevahir İstanbula yollanır. Şəhər həyatının qəddar tərəfi ilə qarşılaşan o, quldurlara qarşı mübarizə aparmağa başlayır. Cinayətkarlara müqavimət göstərə bilməyən Cevahir özü də kriminal aləmin bir hissəsinə çevrilir, hörmət qazanır, həm də özünə təhlükəli düşmənlər qazanır.
İkinci hissədə yeni çətinliklərin öhdəsindən gələrək daha da zirvələrə yüksələn, çətin seçimlər və rəqiblərlə qarşılaşan, lakin prinsiplərinə inamını itirməyən Cevahirin həyatından bəhs edilir.
Qala gecəsinə biletlər artıq satışdadır.
Oxşar xəbərlər
CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin aktyoru ilə görüş keçiriləcək
“CineMastercard”da Türkiyə komediya filminin nümayişi başlayır
Bu gündən “CineMastercard”da “Karantina” adlı türk filmi nümayiş olunacaq
Selçuk Bayraktar: Gələcəkdə TEKNOFEST bütün türk dünyasında keçiriləcək
Prezident əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağanı təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin









