Gəncədə "Nizami günləri" layihəsi çərçivəsində "Qiraət axşamı" təşkil olunub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş "Nizami günləri" layihəsi çərçivəsində "Qiraət axşamı" təşkil olunub.
Sizinxeber.az xəbər verir ki, "Qiraət axşamı"nda Gəncə Dövlət Kukla Teatrının aktyorlarının Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından hazırladıqları “Xeyir və Şər” tamaşası, Gəncə Dövlət Milli Dram Teatrının yaradıcı heyətinin “Sələflər və Xələflər” kompozisiyası, “Leyli və Məcnun” operasından Leyli və Məcnunun səhrada görüş səhnəsi təqdim edilib. Bədii qiraətçilər tərəfindən Nizami Gəncəvinin “Sənsiz”, “Sevgili Canan”, “Yenə tövbə evimi eşq xərab etmədədir” və başqa qəzəlləri səsləndirilib. Həmçinin Gəncə şəhər 31 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdlərinin Nizami Gəncəvinin şeirlərindən ibarət kompozisiyası qiraət axşamına xüsusi rəng qataraq tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, "Qiraət axşamı"nın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.
Oxşar xəbərlər
Gəncədə "Nizami klassik musiqidə" adlı gecə təşkil olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə "Nizami günləri" sentyabrın 15-dək davam edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə "Nizami günləri"nin açılışı olub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncə Filarmoniyasında Arif Məlikova həsr olunmuş konsert keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kuleba: Biz heç vaxt Rusiyadan başqa heç bir ölkənin nizami ordusuna qarşı hərəkət etməmişik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












