Gəncədə "Nizami klassik musiqidə" adlı gecə təşkil olunub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhərində dahi Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş "Nizami günləri" layihəsi davam edir.
Gəncə Dövlət Filarmoniyasından APA-ya verilən məlumata görə, layihənin növbəti günündə "Nizami klassik musiqidə" adlı gecə təşkil olunub.
Dirijor, Xalq artisti Rafael Bayramovun rəhbərliyi ilə Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin müşayiəti ilə Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Tural Abdullayev, solistlər Rüstəm Cəfərov, Elmir Pişnamazadə, Samir Məmmədov, Vasif Bayramov, Zəminə Mustafayeva dahi şair Nizami Gəncəvinin sözlərinə bəstələnmiş əsələri ifa ediblər. Dahi bəstəkar Üzeyir Hacıbəyliyə məxsus "Arazbari" ilə başlayan gecədə bəstəkarın "Sənsiz", "Sevgili canan", Fikrət Əmirovun "Gülüm", Cahangir Cahangirovun “Gül camalın", Tofiq Quliyevin “Gözüm aydın gözümə”, Süleyman Ələsgərovun “Sərvi xuramanım mənim” əsərlərini, həmçinin qiraətçilər Lalə Həsəncan, Məhəmməd Hacıyev Nizaminin qəzəllərini səsləndiriblər.
Gecə tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Oxşar xəbərlər
Gəncədə "Nizami günləri"nin açılışı olub - FOTO
Gəncədə "Nizami günləri" sentyabrın 15-dək davam edəcək
Gəncə Dövlət Filarmoniyası Bakıda konsert proqramı ilə çıxış edib
Gəncə Dövlət Filarmoniyasında Səid Rüstəmovun mahnılarından ibarət konsert olacaq
Gəncədə "Bakıdan Gəncəyə" layihəsi çərçivəsində klassik musiqi gecəsi keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib












